“Azərbaycana məğlubiyyətin üzüntüsünü yaşadıq”
03.11.2010 - 09:42
“Seçmə mərhələyə 2 qələbə ilə başlamaqla, əla start götürdük. Lakin Almaniya və Azərbaycanla qarşılaşmalar bizim üçün xəyal qırıqlığı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Səbri Sarıoğlu deyib.
“Qalatasaray”ın şərəfini qoruyan müdafiəçi Avro-2012-nin seçmə mərhələsində Azərbaycana məğlub olduqları matçı unuda bilmir: “Arzuolunmaz məğlubiyyətlər aldıq. Təbii ki, bunun üzüntüsünü yaşadıq və geridə qaldıq. Amma qarşıda hələ oyunlarımız var və artıq itirilməli matçımız yoxdur”.
Qeyd edək ki, Səbri oktyabrın 12-də Bakıda keçirilən matçda ehtiyat oyunçular skamyasında qalmışdı.

0
0