“Qarabağ” dünya reytinqində 3 pillə gerilədi
03.11.2010 - 10:06
Dünyanın ən güclü klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) yeni cədvəlində planetin 359 ən yaxşı komandası yer alıb.
Azərbaycanın cədvəldəki yeganə təmsilçisi Ağdamın “Qarabağ” klubu bu dəfə də geriləyib. Son aylar siyahının aşağılarına yuvarlanan Qurban Qurbanovun yetirmələri xal hesabını 82-dən 82,5-ə çatdırıb. Buna baxmayaraq təmsilçimiz 236-cı pilləyə enib. 1 ay əvvəl 233-cü olan “Qarabağ” 3 addım geriləyərək, Çexiyanın “Yablonets” klubu ilə 236-237-ci yerləri bölüşür.
Xatırladaq ki, bu komandalar 1997/98 mövsümündə avrokuboklarda qarşılaşmışdılar. Həmin vaxt çexiyalılar 5:0 və 3:0 hesablı qələbələrə sevinmişdilər. Ağdamlılar “Renn” (Fransa), “Bursaspor” (Türkiyə) və “Spartak” (Moskva, Rusiya) kimi komandaları arxada qoyub.
Qeyd edək ki, siyahının ilk üç pilləsində dəyişiklik baş verməyib. İtaliyanın “İnter” klubu 303 xalla birinci, İspaniya təmsilçisi “Barselona” 297 xalla ikinci, 262 xala malik olan Almaniyanın “Bavariya” komandası üçüncüdür.

0
0