“Kocaelispor”un prezidenti: Rəşad Sadıqov bizdən borcunu gözləyir
03.11.2010 - 10:41
“Kocaelispor”un prezidenti: Rəşad Sadıqov bizdən borcunu gözləyir
“Komandamız serb futbolçularla bağlı problemdən xilas oldu. Ancaq bu gün bizi gözləyən başqa təhlükələr var. Nsumbo, Akeem, Sadıqov kimi oyunçular alacaqlarını gözləyir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Kocaelispor” klubunun prezidenti Muammer Çelik deyib.

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun 2008/09 mövsümünün ikinci yarısında Superliqada oynadığı “Kocaelispor” xeyli müddətdir maddi sıxıntı içərisindədir. Hazırda II divizionda çıxış edən İzmit təmsilçisi futbolçularına olan borclarını ödəməkdə çətinlik çəkir: “Bu futbolçuların vəkili Mehmet Aygündür. O, həmin oyunçuların da yaxın günlərdə önümüzə çıxacağını ifadə etdi”.

Qeyd edək ki, Rəşad “Kocaelispor”un ona olan təxminən 100 min dollar borcunun olduğunu deyib.