“Everton” Araz Abdullayevə rəqib tapdı
03.11.2010 - 10:50
“Everton” Araz Abdullayevə rəqib tapdı
Yarımmüdafiə xəttini gücləndirmək niyyətində olan İngiltərənin “Everton” klubunun maraq dairəsinə daha bir futbolçu düşüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Araz Abdullayevin transferini müzakirə edən britaniyalılar indi də Belçika yığmasına göz dikib.

Onlar “Anderlext”də oynayan Conatan Lejarı da heyətinə qatmaq arzusundadırlar. Avro-2012-nin seçmə mərhələsində yığmamıza rəqib olan belçikalıların millisində 2 oyun keçirən 23 yaşlı yarımmüdafiəçi digər İngiltərə klubu “Nyukasl”ın da hədəfindədir.

“Everton”un “Neftçi”nin futbolçusunu transfer edib-etməyəcəyində bu amilin də rolu böyük ola bilər.