Viktor Valdes qatil ola bilərdi - FOTO
03.11.2010 - 11:14
Çempionlar Liqasının qrup mərhələsinin IV turu faciə ilə başa çata bilərdi. Apasport.az saytının məlumatına görə, “Barselona” (İspaniya) ilə qarşılaşan Danimarkanın “Kopenhagen” klubunun futbolçusu Dama Ndoyya oyunu sağ-salamat bitirdiyinə sevinməlidir.
Belə ki, seneqallı hücumçu qarşılaşma zamanı ciddi təhlükə ilə üzləşib. Birinci hissənin gedişində rəqib qapısına doğru şığıyan Ndoyya cərimə meydanını tərk edən rəqib qolkiperlə toqquşub. Viktor Valdesdən təpik “yeyən” afrikalının bəxti onda gətirib ki, “Barselona”nın qapıçısı canlı hədəfdən yayınmağa cəhd edib. Bunun sayəsində də zərbə güclü alınmayıb.

0
0