Platini Azərbaycan yığmasından qabağa düşdü
03.11.2010 - 11:51
Çernoqoriya Futbol Assosiasiyası noyabrın ortalarında gələcək qonaqların intizarındadır. Apasport.az saytının məlumatına görə, sabiq yuqoslaviyalılar noyabrın 17-də bu ölkənin yığması ilə görüşəcək Azərbaycan milli komandasından əvvəl daha bir qonağın yolunu gözləyirlər. Belə ki, həmin matçın keçiriləcəyi Podqoritsa şəhəri qarşılaşmadan 4 gün əvvəl daha bir önəmli qonağın səfər məkanı olacaq. UEFA prezidenti Mişel Platini quruma rəhbərliyi dövründə ikinci dəfə Çernoqoriyaya rəsmi səfərə yollanacaq. Bu da yığmamızın oyunundan 4 gün əvvələ təsadüf edəcək.
0
0