Bahodir Nasimov “Birlik kuboku”na aparılır
16.12.2010 - 11:54
Bahodir Nasimov “Birlik kuboku”na aparılır
“Neftçi”nin heyətində vurduğu qollarla Premyer Liqanın ən məhsuldar hücumçusu olan Bahodir Nasimovun adı “İnter” klubunun heyətində peyda olub. Apasport.az saytının məlumatına görə, “Birlik Kuboku” turniri üçün “bankirlər” haqda təqdimat hazırlayan Tacikistan mətbuatı özbəkistanlı futbolçunu “İnter”in üzvü kimi qələmə verib.

Öz klubları “İstiqlal”ın rəqibinin güclü olduğunu qeyd edən taciklər çempionlarının “İnter”lə, lakin Azərbaycanın bu adı daşıyan komandası ilə görüşdüyünü vurğulayıblar. Təmsilçimizin heyətinə toxunan orta asiyalılar bir sıra yanlışlıqlara yol veriblər.

Nasimovun “İnter”in vuran ayağı hesab edən taciklər bu yay klubunu dəyişən Samir Abasovun bakılıların kapitanı olduğunu iddia ediblər.

Qeyd edək ki, Samir bu ilin yayında “Qarabağ”a keçib, Bahodir isə Azərbaycanda yalnız “Neftçi”nin şərəfini qoruyub.