Əvvəl “Qarabağ”, sonra paytaxt derbisi
16.12.2010 - 12:30
Əvvəl “Qarabağ”, sonra paytaxt derbisi
Premyer Liqanın XVIII turunun 2 oyunu televiziya ilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, futbol azarkeşləri "Qarabağ" və "Bakı" klublarının ev oyunlarını "İdman Azərbaycan" kanalının canlı efirində izləyə biləcəklər.

Ağdamlıların “Muğan”la, paytaxt təmsilçisinin isə “İnter”lə dekabrın 18-də keçirəcəyi görüşlər müvafiq olaraq, saat 13:00 və 16:30-da başlayacaq.

Qeyd edək ki, ilk oyun Tofiq İsmayılov adına Suraxanı qəsəbə, paytaxt derbisi isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Mənbə: pfl.az