“Neftçi”nin baş məşqçisi yığmanın “sükanı arxasında”
16.12.2010 - 12:54
Qırğızıstan Futbol Federasiyası başa çatan ölkə çempionatının rəmzi yığmasını müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, gələn ilin əvvəlində Rusiyada keçiriləcək “Birlik kuboku” turnirində Azərbaycan çempionu “İnter”lə eyni qrupda mübarizə aparacaq “Neftçi” bu komandada 3 futbolçu ilə təmsil olunub.
Qırğızıstan çempionu olan Koçkor-Ata təmsilçisinin ukraynalı müdafiəçisi İqor Koryak, yarımmüdafiəçisi Yevgeni Pilipas və çempionatın ən yaxşı bombardiri, federasiya tərəfindən iyulun 1-dək futboldan kənarlaşdırılan Talay Cumatayev rəmzi yığmaya düşüblər. Bu komandaya baş məşqçi də seçən federasiya “Neftçi”nin baş məşqçisi Aleksandr Krestinini bu ada ən layiqli sayıb.
Qeyd edək ki, çempionatın müxtəlif nominasiyalarda ən yaxşısı seçilənlərin mükafatlandırılması dekabrın 21-də gerçəkləşəcək.

0
0