Stefan Barbikoni: Qarşıda bizi çətin oyunlar gözləyir
16.12.2010 - 21:05
“Komandamız “Neftçi” ilə görüşdə mükəmməl oynadı. Rəqib çempionatın lideri, əsas favoritlərdən biri olduğu üçün bu amil bizə əlavə motivasiya verirdi. Çox sevinirəm ki, 3 xalı qazandıq. Hamı bacardığını etdi”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Bakı” klubunun futbolçusu Stefan Barbikoniyə məxsusdur.
Fransalı müdafiəçi komandasının saytına açıqlamasında bu oyunun əhəmiyyətindən danışıb: “İlk “altılığ”a düşmək baxımından çox önəmli oyun oldu. Həyat davam edir. Qarşıda bizi bir-birindən çətin oyunlar gözləyir. Çempion “İnter”ə qarşı da bu cür mübarizə aparmalıyıq. Bu qarşılaşmada bizə yalnız 3 xal lazımdır”.

- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
0
0