“Bakı” da uduzdu, “Qarabağ” da
17.12.2010 - 17:16
“Bakı” da uduzdu, “Qarabağ” da
Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının XVIII tura start verilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmalar son ölkə çempionu və cari mövsümün liderinin məğlubiyyətləri ilə əlamətdar olub.

Turun ilk qarşılaşmasında "Neftçi" səfərdə "Gəncə" klubunun qonağı olub. Qonaqlar 6-cı dəqiqədə İlqar Ələkbərovun qolu ilə hesabı açsa da Orxan Məmmədov 70-ci dəqiqədə meydan sahiblərinə bərabərlik gətirən topa imza atıb - 1:1.

Son çempion "Qarabağ"la qarşılaşan Salyanın "Muğan" klubu Rüfət Məmmədovun 90+2-ci dəqiqədə vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edib.

Çempionatın hazırkı lideri "Bakı" isə "İnter" komandasını qəbul edib. Şəhriyar Əliyevin 5-ci dəqiqədəki qolu ilə hesabda irəli çıxan "Bakı" bu üstünlüyü sonadək qoruyub saxlaya bilməyib. Elnur Abdulov və Daniel Genovun müvafiq olaraq 12 və 26-cı dəqiqədəki qolları qonaqların qələbə qazanmasına imkan yaradıb – 2:1. Bu oyunu Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da izləyib.

MOİK - "Xəzər Lənkəran" görüşündə isə cəmi 1 qol vurulub. Nicat Həbibovun oyunun 38-ci dəqiqəsində vurduğu yeganə qol qonaqlara minimal hesablı qələbə qazandırıb – 1:0.

1

"Bakı"

18

12

4

2

46-11

40

2

"Turan"

17

12

3

2

27-12

39

3

"Qəbələ"

17

10

4

3

39-17

34

4

AZAL

17

9

6

2

25-12

33

5

"Muğan"

18

9

3

6

18-13

30

6

"Gəncə"

18

6

5

7

22-21

23

7

"İnter"

18

5

7

6

20-26

22

8

"Neftçi"

18

5

6

7

25-22

21

9

MOİK

18

5

5

8

18-25

20

10

"Qarabağ"

18

3

6

9

28-35

15

11

"Xəzər Lənkəran"

18

4

1

13

12-38

13

12

"Simurq"

17

0

2

15

10-58

2



Mənbə: pfl.az