Azərbaycan yığmasının qrupunda fırıldaq aşkar edildi
17.12.2010 - 17:37
Azərbaycan yığmasının qrupunda fırıldaq aşkar edildi
DÇ-2010-nun seçmə mərhələsində keçirilən və danışılmış olduğu ehtimal edilən qarşılaşmalardan biri açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu matç Azərbaycan milli komandasının yer aldığı seçmə qrupunda keçirilib.

Söhbət 1:1 hesabı ilə başa çatan Finlandiya – Lixtenşteyn oyunundan gedir. Almaniya məhkəməsində dindirilən şəxslərdən biri onun da daxil olduğu qruplaşmanın həmin görüşün hakimini aldığını etiraf edib. Onun sözlərinə görə bosniyalı FİFA hakimi Nado Paniç Finlandiyadakı matçda onların göstərişlərini yerinə yetirib. Lakin hakimdən konkret nə tələb olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Paniç bu ilin fevralında UEFA tərəfindən ağır cəzaya məruz qalıb. Bosniyalı nəinki hakimlikdən, ümumiyyətlə futboldan ömürlük kənarlaşdırılıb.