Vaqif Cavadov: 2010-cu il yaxşı başlamışdı...
17.12.2010 - 18:20
“Neftçi” üzərində qazandığımız qələbədən sonra hər şey yaxşıdır. İndi diqqətimizi “İnter”lə oyuna yönəltmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun hücumçusu Vaqif Cavadov deyib.
Sabah paytaxt derbisində son çempion “İnter”lə qarşılaşacaq “zolaqlılar” ilk “altılığ”a düşmək üçün mütləq qələbə qazanmalıdır. Oyunun maraqlı keçəcəyini düşünən Cavadov derbini 6 xallıq matç adlandırıb: “Maraqlı və gərgin olacaq. Onlara da xal lazımdır, bizə də. Məqsədimiz ancaq qələbə qazanmaqdı”.
Artıq komandanın özünə gəldiyini vurğulayan 21 yaşlı futbolçu “bankirlər”i məğlub edəcəkləri təqdirdə, hər şeyin yaxşı olacağını düşünür: “Bakı”da heç bir problem yoxdur. Düzdür, çox xallar itirdik. Ancaq yavaş-yavaş komanda özünə gəlir. “İnter”i udsaq, daha yaxşı olacaq. İli ilk “altılıq”da başa vurmaq istəyirik”.
Oyuna tam hazır olduğunu deyən millinin üzvü əsas heyətdə meydana çıxıb-çıxmayacağını hələ bilmir: “Mən oynamağa hazıram. Artıq meydana çıxıb-çıxmayacağıma baş məşqçi qərar verəcək. Hər bir oyunçu haqda baş məşqçinin planları var. İndi o kimə şans verəcək, bunu bilmirəm”.
Başa çatmaqda olan ili dəyərləndirən Vaqif ilin başlanğıcının onun karyerası üçün uğurlu olduğunu, amma zədələrin hər şeyi korladığını vurğulayıb: “2010-cu il yaxşı başladı. “Tvente”yə transfer olundum. Bunu uğurlu saymaq olar. Amma zədələnməyim heç yerinə düşmədi. Nəticədə əsas heyətə düşə bilmədim. Bu hər bir futbolçunun başına gələ bilər. 2011-ci ildə işlərimin daha yaxşı gedəcəyinə inanıram”.

0
0