“Kopenhagen” – “Çelsi” cütünün “Qarabağ”la bağlılığı
17.12.2010 - 18:00
“Kopenhagen” – “Çelsi” cütünün “Qarabağ”la bağlılığı
Danimarkanın “Kopenhagen” və İngiltərənin “Çelsi” tarixlərində 3-cü dəfə avrokuboklarda rəqib oldu. Apasport.az saytının məlumatına görə, bu gün atılan Çempionlar Liqasının püşkünə görə 1/8 finalda üzləşəcək komandaların ilk “duel”ində Azərbaycan komandasının da bağlılığı olub. Söhbət Ağdamın “Qarabağ” klubu artıq tarixin yaddaşına qovuşan Kuboklar Kubokunda ölkəmizi təmsil etdiyi vaxtdan gedir.

Həmin turnirin 1998/99 mövsümündə mübarizəyə “Qarabağ”la görüşlə başlayan “Kopenhagen” avqustun 13-də evdə 6:0, iki həftə sonra Bakıda 4:0 hesabı ilə qalib gəldi. Ancaq danimarkalılara sonradan “Çelsi”ni mübarizədən kənarlaşdırmaq nəsib olmayıb.

Qeyd edək ki, “Kopenhagen” “Çelsi” ilə ilk 1/8 final oyununu gələn ilin fevralın 16-da evdə keçirəcək.