“Xəzər Lənkəran” Kardozonu gətirir
21.12.2010 - 10:10
“Xəzər Lənkəran” Kardozonu gətirir
Rumıniya çempionatında çıxış edən daha bir futbolçu “Xəzər Lənkəran”ın maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız indi də Aleksandr Kardozonun təmsilçimizə keçəcəyini iddia edir.

26 yaşlı braziliyalı müdafiəçinin 2008-ci ildən şərəfini qoruduğu “Panduri” klubundan cənub təmsilçisinə keçməsinə yalnız bir əngəl ola bilər. Bu da daha bir komandanın Kardozonu heyətində görmək istəyi ilə bağlıdır. Belə ki, “Vaslui” müdafiəçinin xidmətində maraqlıdır.

Qeyd edək ki, 2006-cı ildə Avropaya transfer olunan Kardozo vətənində “Kommersial”ın formasını geyinib. Köhnə qitədə isə “Panduri”yə qədər Portuqaliyada çıxış edən müdafiəçi “Eştrela de Amadora”da oynayıb.