“Qalatasaray”da amerikalı futbolçu
21.12.2010 - 13:15
“Qalatasaray”da amerikalı futbolçu
“Qalatasaray”ın qış fasiləsində transfer edəcəyi növbəti futbolçunun adı müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul təmsilçisi Mönhenqladbax “Borussiya”ında forma geyinən amerikalı Mixael Bredli ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.

Bundesliqada komandasının II diviziona düşmək təhlükəsi olduğundan 23 yaşlı yarımmüdafiəçi keçidə razılıq verib.

2012-ci ilə qədər “Borussiya” ilə müqaviləsi olan Bredlinin transfer qiyməti gizli saxlanılır.

Qeyd edək ki, amerikalı futbolçu 3 mövsümdür Almaniyada çıxış edir.