Elmir Əliyev: “Gəncə”də böyük dəyişiklər olacaq - MÜSAHİBƏ
22.12.2010 - 12:23
“Gəncə” klubunun prezidenti Elmir Əliyevin apasport.az saytına müsahibəsi
- Artıq qış fasiləsi yaxınlaşır. Komandanızın cari mövsümdə çıxışını necə dəyərləndirərdiniz?
- Bildiyiniz kimi, “Gəncə” 4 ildən sonra güclülər dəstəsinə qayıtdıqdan sonra debüt mövsümünü keçirir. Komandamız Premyer Liqaya dönməklə, öz sözünü deyə bildi. “Gəncə” bu gün autsayder sayılmır. Ancaq “altılığ”a düşməyimiz də çətinləşdi. Bu, heyətimizdə zədəli futbolçuların çox olması ilə bağlıdır. Əsas futbolçularımızın hazırda müalicə olunduğunu bilirsiniz. Onların oynamamağı öz sözünü dedi.
- “Neftçi”yə kuboku da nəzərə alsaq, hər 3 oyunda böyük fərqlə uduzmağınız nə ilə bağlıdır?
- Bakıda 2:6 hesabı ilə uduzduğumuz oyunu nəzərə almasaq, Gəncədəki görüşlərdə itkilərimiz çox oldu. Əsas futbolçularımız Ceyhun Sultanov, Xəyal Mustafayev, Sabir Allahquliyev, Zura Dzamsaşvilinin olmamağı çox təsir göstərdi.
- “Altılığ”a düşmək şansınız nəzəri cəhətdən qalır. Ancaq hesab edirsiniz ki, “Neftçi”yə evdə böyük hesablı məğlubiyyətdən şansınız minimuma enib?
- Biz də bu minimumdan istifadə etməyə çalışacağıq. Necə deyərlər, ümid sonda ölər. Ona görə də biz hələlik çalışırıq.
- Cari mövsümdə qarşıda duran vəzifə “altılığ”a düşmək idi?
- Bəli.
- Bu vəzifəyə nail ola bilmirsiniz, kubokda da mübarizəni dayandırdınız. Bunu uğursuzluq saymırsınız?
- Yox. Ancaq qış fasiləsində heyətimizi gücləndirməyə çalışacağıq. Həmin vaxt komandada böyük dəyişiklər olacaq və buna hazırlıq görürük. Ancaq ümidimizi itirmişik.
- Komandanın maddi imkanları böyük dəyişiklər etməyə imkan verirmi?
- Əlbəttə. Maddi problemimiz yoxdur. Bu baxımdan hər şey qaydasındadır.
- Ehtiyat oyunçular skamyasının qısa olması komandanızın çıxışına mənfi təsir göstərdi. Yayda heyəti niyə tam komplektləşə bilmədiniz?
- Komandanın yığılması, hazırlıq prosesi qısa olduğu üçün istədiyimiz oyunçuları tapa bilmədik. Ancaq indi vaxtımız var.
- Neçə futbolçu transfer etməyi planlaşdırırsınız?
- Ən azı 6-7 futbolçu.
- Hamısı legioner olacaq?
- Legioner də olacaq, yerli futbolçu da.
- Komandanızı gücləndirə biləcək yerli futbolçular varmı?
- Var.
- Kimlərdir?
- Bir oyunumuz qalıb. Onu da keçək, sonra açıqlayarıq.
- Gedənlər olacaqmı?
- Əlbəttə. Onları artıq müəyyənləşdirmişik. Dediyim kimi, bir oyunumuz qalıb, bundan sonra deyərəm.
- Baş məşqçiniz Fuad İsmayılovun işindən nə dərəcədə razısınız?
- Hələlik baş məşqçimiz yerindədir və ondan narazı deyilik.
- Ancaq demək olar hər məğlubiyyətdən sonra baş məşqçinin istefaya səslənməsi və yerinə Mehman Allahverdiyevin gətirilməsi ilə bağlı şüarlara adət etmişik. Bunun səbəbi nədir?
- Bunu siz deyirsiniz, mən eşitməmişəm.
- Konkret “Neftçi”yə 0:4 hesablı məğlubiyyətdən sonra belə olub...
- Bunu mətbuat yazır, ancaq mən camaatın arasında olan adam kimi bunu eşitməmişəm. Düzdür, istefa sözü olur. Ancaq Mehman Allahverdiyevin gəlmək söhbəti yoxdur. Allahverdiyev özü Gəncədə komanda yığıb, “Kəpəz” klubunun baş məşqçisidir. Yanvardan öz işinə başlayacaq.
- Yəni Allahverdiyevi baş məşqçi gətirmək heç vaxt planlarınıza daxil olmayıb?
- Bəli.
- Qış fasiləsində Gəncədə, yoxsa xaricdə hazırlaşacaqsınız?
- Xaricdə keçirmək fikrimiz var.
- Türkiyədə?
- Hələ dəqiq deyil. Dəqiqləşəndən sonra məlumat verərik.
Mehman SÜLEYMANOV

0
0