Pele 6 qat çempion oldu
24.12.2010 - 14:01
Pele 6 qat çempion oldu
Dünya futbolunun canlı əfsanəsi Pele Braziliya çempionatının 6 qızıl medalı ilə təltif olunub. Apasport.az saytının məlumatına görə, karyerası ərzində heç vaxt ölkə çempionu olmayan 3 qat dünya çempionu Braziliya Futbol Federasiyasının səxavəti üzündən kolleksiyasını zənginləşdirib.

Məsələ ondadır ki, Braziliya çempionatları 1971-ci ildən keçirilir. Pele də bu yarışda qalib adını qazanmayıb. Lakin əvvəllər keçirilən ölkə kubokuna çempionat statusu ilə baxmaq qərarına gələn federasiya 1961-65 və 1968-ci illərdə Pelenin qazandığı 6 titulun qızıl medallarla təltif edib.