“Aldığım maaş benzin, kontur puluna gedir”
24.12.2010 - 14:52
Unibank Premyer Liqasında dekabrın ən yaxşı futbolçusu seçilən “Simurq” klubunun kapitanı Samir Əliyevin apasport.az saytına müsahibəsi
- Ayın futbolçusu seçiləcəyinizi gözləyirdiniz?
- Sözün düzü, yox. Niyə yalan danışım ki? Sadəcə, dünən MOİK-lə oyundan sonra dedilər ki, bu ayın yaxşı futbolçusu seçilmişəm. Gözləməsəm də, xoşdur.
- Xəbəri necə qarşıladınız?
- Əlbəttə, sevindim. Özümə yox, yaxınlarıma, məni istəyənlərə görə. “Simurq”da oynaya-oynaya ayın futbolçusu seçilməyim gözlənilməz oldu. Əsasən ona görə xoşdur ki, Azərbaycan çempionatında səviyyəli futbolçular çoxdur və istər yerlilər, istərsə də legionerlər arasında ən yaxşı seçilirsən.
- Dünən yenə qol vursanız da, MOİK-lə ev oyununda qələbəni əldən verdiniz. Buna görə əhvalınız korlanmadı ki?
- Heç-heçəlik oyun deyildi. Çoxlu qol imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Ancaq yenə qol vurdum, sadəcə, bu dəfə üstünlüyümüzü qoruya bilmədik.
- İndiyədək karyeranızda mükafatlar olub. Bu gün alacağınız mükafat kolleksiyanızda hansı yeri tutacaq?
- “Xəzər Lənkəran”da oynayanda bir dəfə ayın ən yaxşı futbolçusu mükafatına layiq görülmüşəm. Son 3 ildə demək olar futbol oynamıram deyə, qıraqda qalmışam. Allah şahiddir ki, zədələr oynamağıma, özümü göstərməyə imkan vermədi. Hətta vəziyyət o dərəcəyə çatmışdı ki, futbolu buraxmaq istəyirdim, artıq bezmişdim. Ancaq sağ olsunlar ki, məni dəstəkləyərək, fikrimdən daşındırdılar. Dedilər ki, hələ tezdir, sözünü de. Özümdə güc taparaq, axıra kimi mübarizə apardım. Söz verdim ki, futboldan sözümü deyib sonra getməliyəm. Bir çoxları mənə inanmırdılar.
- Adlarını çəkə bilərsiniz?
- Vaxtı var. Deməsinlər ki, bir dəfə ayın futbolçusu olub, dərhal başlayıb “baltalamağa”. Yox, belə deyil. 1-2 klub rəhbəri var, yaşımın keçdiyini, artıq Samir Əliyevin vaxtının qurtardığını deyiblər. Hətta bir klub var ki, baş məşqçi məni “Neftçi”dən sonra sərəncamında görmək istəsə də, prezident imkan vermədi. Yerli baş məşqçilərimiz arasında da məni istəməyənlər vardı. Məni artıq hesabdan silmişdilər. Bu mükafatım da onlar üçün gözəl cavabdır. Yəni autsayder “Simurq”da oynamaqla, bu gün özümü göstərə bilmişəmsə, məni buna layiq görüblərsə, deməli, hələ öz sözümü deyirəm. Demirəm ki, “söküb-dağıdıram”. Məni ayın futbolçusu seçənlərə, inananlara, klub rəhbərliyinə, baş məşqçi Qyoko Hacıyevskiyə dərin minnətdarlığımı bildirmək istəyirəm. “Simurq”da ilk vaxtlar zədəyə görə az oynasam da, onlar mənə inanırdılar.
- Sizin nəsildən olan futbolçular vaxtilə yığmamızın aparıcı futbolçuları idi, güclü klublarda oynayırdı. İndi yavaş-yavaş futboldan gedirlər, erkən karyeralarını bitirməli olurlar. Bunun səbəbini nədə görürsünüz?
- İnam yoxdur. Hər biri özünə görə futbolçudur. Kimisi zəifdir, kimisi güclü. Ancaq yəqin ki, bu, yaşla bağlıdır. Meydanda kim güclüdürsə, yaşın asından olmayaraq oynamalıdır. Sadəcə, inanmaq lazımdır. Mən gənc olanda güclü olub, oynamışam. Kimlərsə məni qabağa çəkməyib, öz gücümə oynamışam. Bu gün də belədir. Hər futbolçunun öz vaxtı var. Vaxt ötdükcə, yeni nəsil gəlir. Azərbaycan futbolunun nəticə verməsini istəyirəm. Arzum budur ki, yığmamız həmişə qrupda axırıncı yerdə olmasın. Nə vaxta kimi millimizi sonuncu pillələrdə görəcəyik? Dünya və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasa belə, layiqli mübarizə aparsın.
- Bu ili özünüzü neçə qiymətləndirirsiniz? Yalnız son ayı uğurlu saymaq olar?
- Son ayı və 7-8 oyunu. Dekabrda 3 qol vurmuşam. Allahdan əsas istəyim o idi ki, yalnız zədəm olmasın. Bu problemim olmasaydı, özümü göstərəcəyimi bilirdim. Çünki özümə güvənirəm və nəyə qadir olduğumu bilirəm. Ancaq tək güvənmək yox, öz üzərində işləmək də lazımdır. Futbol elədir ki, güclü olduğunu daim sübut etməlisən.
- Gələcək karyeranızı necə görürsünüz? “Simurq” I diviziona düşsə, bu komandada qalacaqsınız?
- Vaxt gələcək, mən də futboldan gedəcəyəm. Ancaq indidən heç nə deyə bilmərəm. Sadəcə, artıq tam rahatam və bu gün də futboldan gedə bilərəm. Heç nə etməmişəm, ancaq ayın futbolçusu seçilməyim mənə inanmayanlara gözəl cavabdır. Meydana çıxıb, azarkeşləri sevindirirəmsə, hələ oynayacağam.
- Samir Əliyev milli komandaya qayıtmağı real sayır?
- Bəli. Zədəm olmasa, niyə də yox? Səviyyə və istedadıma görə heç kimdən zəif deyiləm. Ola bilsin fiziki hazırlıqda geri qalam. Ancaq mütəmadi oynayıram və bunlar qaydasına düşəcək. Kimliyindən, klubundan asılı olmayaraq, hər bir futbolçu ilə bu gün rəqabət aparmağa hazıram. Çünki buna gücüm də var, potensialım da. Bu haqda geniş danışmaq istəmirəm. İnşallah, qismət olarsa, bunu da sübut edərəm.
- Bəs karyeranızı bitirdikdən sonra futbolda qalmaq istərdiniz?
- Başqa nə ola bilər ki? Bizim işimiz futboldur. Ondan başqa sənətimiz yoxdur ki... Oyunçuların Azərbaycan futboluna vaxtilə 5-10 faiz də olsa xeyri dəyibsə, onlar işsiz qalmamalıdır. Demirəm ki, konkret məşqçi işləməlidir. Məncə, futbolda qalacağam.
- Çoxları fikirləşə bilər ki, Samir karyerası boyu yaxşı pul qazanıb və futbolu bitirdikdən sonra şəxsi biznesi ilə məşğul ola bilər...
- Mən nə qədər güclü biznes qursam da, futbol həyatımdır. Uşaqlıdan belə olub. Futbolla nəfəs almışam. Biznes, pul, bunlar o qədər önəm daşımır. Əsas işə olan məhəbbətindir.
- Bu gün 1111 manat rəmzi mükafat alacaqsınız. Onu nəyə xərcləyəcəksiniz?
- Vallah, bilmirəm. Yalandan deyim ki, belə edəcəyəm, düzgün çıxmaz. Əsas pul deyil, buna layiq görülməkdir. Mən 1111 manatla varlanası deyiləm.
- “Simurq”da aldığınız məvaciblə normal dolana bilirsiniz?
- Komandamızda hamısı gənc futbolçulardır. Kiminsə ailəsi var, kiminsə yoxdur. “Simurq”da həqiqətən maliyyə problemləri var, maaşlar çox aşağıdır. Ancaq istərdim ki, bu, gələcəkdə daha yaxşı olsun. Bunu gənc futbolçulara görə deyirəm. Demirəm ki, maaş böyük məbləğdə olsun, heç olmasa ailələrini dolandıra, özlərinə şərait yarada bilsinlər. Gənc futbolçulara əsas pulun olmadığını söyləyirəm. Deyirəm ki, gəlib burada qəpik-quruş oynamağınızı fikirləşməyin. Başınızı aşağı salıb, məşqlərinizi edin, öz üzərinizdə əlavə işləyin ki, gedib yaxşı klubda oynayasınız. Çünki futbolçu həyatı həqiqətən çox qısadır. 17-18 yaşımda olanda, mənə bunu adını açıqlamaq istəmədiyim bir məşqçi demişdi. Ona görə də elə oynamaq lazımdır ki, gələcəkdə boylanıb, arxaya baxanda nəsə etdiyini, qazandığını görəsən. Həqiqətən də gözümü yumub-açdım, gördüm ki, yaş gedir, artıq karyeramın sonlarıdır. Ancaq arxaya boylananda görürəm ki, azdan-çoxdan oynamışam, nəsə qazanmışam. Daha çox nailiyyət əldə edə bilərdim, ancaq alınmadı, qismət belə imiş.
- İndi dolanışığınız normaldır?
- Normal deyəndə ki, mən “Simurq”a gələndə rəhbərliklə heç pul söhbəti eləmədim. Boş müqaviləyə qol çəkdim. Desəm ki, yetərincə pul alıram, gülməli çıxar. Aldığım məbləğ benzin, kontur puluna yetir, elə-belə cib xərcliyidir. Mənim üçün əsas futbol oynamaq idi. Ona görə də “Simurq”a heç bir şərt irəli sürmədim.
Mehman SÜLEYMANOV

0
0