Rahid Əmirquliyev: Bu, Rednikin işidir
24.12.2010 - 15:19
“Çox ağır oyun oldu. Qələbə qazanmaq istəyirdik. İli birinci pillədə başa vurmaq niyyətində idik. “Qarabağ” da yaxşı komandadaır. Heyətində yaxşı futbolçular var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.
“Qarabağa” uduzmaqla, 2010-cu ili məğlubiyyətlə başa vuran “Xəzər Lənkəran” zirvəni əldən verdi. Halbuki, mövqeyini qorumaq üçün “ağ-yaşıllar”ı heç-heçə də qane edirdi: “İli birinci pillədə başa vurub, azarkeşlərimizi sevindirmək istəyirdik. “Qarabağ”ın iki qol şansı oldu, hər ikisindən maksimum istifadə etdi. Bizim də imkanlarımız oldu, vura bilmədik. Vurmayana vurarlar. Zirvədəki yerimizi itirdiyimizə görə, hamımız təəssüflənirik. Qarşıda əsas mərhələnin 3 oyunu var. Daha sonra “altılıq”dakı matçlar başlayacaq”.
“Qarabağ”la oyundan dərhal sonra 4 futbolçunun transferə çıxarılmasına gəldikdə, futbolçu bu barədə internetdən xəbər tutub: “Bu gün saytları oxuyan zaman xəbər tutdum. Todorov 3 ildir “Xəzər Lənkəran”ın formasını geyinir, yaxşı da oynayırdı. Nə bilim, bu artıq baş məşqçi Mirça Rednikin işidir. Mənim işim çıxıb futbol oynamaqdır”.

0
0