Yığmamız Antalyaya gedir
24.12.2010 - 16:42
Yığmamız Antalyaya gedir
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışının vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri də əksər klublarımız kimi Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək. Bu toplanış 2011-ci il yanvarın 18-dən 30-a qədər keçiriləcək. Bunadək Bakıda 3 günlük hazırlıq keçəcək yığma üzvləri yanvarın 15-də bir araya gəlməlidir.

Qeyd edək ki, hazırlığa qatılacaq futbolçuların siyahısı hələ açıqlanmayıb.

Mənbə: affa.az