“Neftçi” “İnter”in uğurunu təkrarladı
24.12.2010 - 17:44
“Neftçi” “İnter”in uğurunu təkrarladı
Bakının “Neftçi” klubu həmşəhərliləri “İnter”in uğurunu təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, flaqman son çempion kimi I dövrənin qalibi olandan sonra qış çempionu oldu. “İnter” ötən mövsüm 4 müxtəlif vaxtda 1-ci oldu. Bu, I dövrənin qalibi, ardından qış çempionu, daha sonra ilkin mərhələnin və ən nəhayət, sonda çempionatın qalibi oldu.

İndi “Neftçi” həmin yolla gedir. Arif Əsədovun çalışdırdığı komanda ilkin mərhələnin güclüsü olmaq üçün qalan 3 turda – “Xəzər Lənkəran”, “Simurq” və MOİK-lə oyunlarda qalib gəlməsi yetərlidir. Bundan sonra “altılıq”da mübarizə başlayacaq ki, ötən mövsümdən fərqli bu dəfə ilkin mərhələdə xallar saxlanacaq. Bu isə “Neftçi”yə əlavə üstünlük verir. Onun uğurunu “İnter”dən fərqləndirən məqam baş məşqçi ilə bağlıdır. Yəni komanda yerli, bankirlər” isə buna əcnəbi – gürcü Kaxaber Sxadadze ilə nail oldu.
Qeyd edək ki, 40 yaşlı Əsədov futbolçu karyerasında çempionluğu məhz “Neftçi”də qazanıb.