Arif Əsədov: İcarəyə verəcəyimiz futbolçular olacaq
24.12.2010 - 17:59
“Liderliyi itirdikdən sonra onu qaytaracağımıza inanırdım. Sevinirəm ki, gözlədiyimiz baş verdi və qış çempionu olduq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. Azərbaycan Premyer Liqasında 51 günlük fasiləyə lider kimi yollanan flaqman buna 1-ci pillədə gedən “Xəzər Lənkəran”ın evdə “Qarabağ”a uduzması (1:2) nəticəsində nail oldu.
Əsədov üçün vaxtilə oynadığı Ağdam klubunun səfər qələbəsi gözlənilməz olmayıb: “Qarabağ”a da qələbə vacib olduğundan, itiriləsi bir şeyi yox idi. Çünki turnir cədvəlində vəziyyətini, “altılığ”a düşmək şanslarını yaxşılaşdırmaq lazım idi. Nəinki ”Qarabağ”a, bütün komandalar ilk növbədə özü üçün oynayır. Biz nəyisə güdməyərək, özümüz xal qazanırıq. Çempionat böyük marafondur və hamı bir-biri ilə görüşür. Qış fasiləsinə lider kimi yollanmaq yerinə düşdü. Çünki liderliyi qaytararaq, fasiləyə yüksək əhval-ruhiyyədə çıxdıq. Bunun özü ilk növbədə psixoloji baxımdan az əhəmiyyətli deyil. Ancaq lider olmaq bizi arxayınlaşdırmır. Çünki onu qoruyub saxlamaq daha çətindir. Ağır oyunlar var və “Xəzər Lənkəran”ın 2 turdan sonra sonra 1-ci yerdən düşməsi göz qabağında oldu. İşimizi planlı həyata keçiririk və ilk mərhələnin qalibi, daha sonra ölkə çempionu olmaq istəyirik”.
“Neftçi”nin 40 yaşlı çalışdırıcısı Türkiyədəki hazırlığın ilk mərhələsində çempionatımızın bombardiri Bahodir Nasimovun xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb özbək hücumçunun yığmasının heyətində Asiya çempionatının final mərhələsinə hazırlaşmasıdır: “Yeni futbolçularımızın yanvarın 10-dan 20-dək Türkiyədəki ilk hazırlıq prosesinə gəlməsinə çalışırıq. Komandamızı gücləndirmək yönündə işimizi davam etdiririk. Bununla bağlı Braziliya daxil olmaqla bir neçə variant var. Gələnlərlə yanaşı, gedənlər də olacaq. Bəzi futbolçularımızı icarəyə verəcəyik. Bu, tam həll olandan sonra açıqlayacağıq. Bildiyiniz kimi, Fərid Quliyevi transferə çıxarmışıq. O, oynamaq istədiyindən, yeni klub tapmasına imkan yaratmışıq. Fəridin istədiyini həyata keçirmək üçün komandası olmalıdır”.
Mehman SÜLEYMANOV

0
0