“Qarabağ” rekordun astanasında
24.12.2010 - 18:38
Azərbaycan Premyer Liqasının 2010-cu ilə aid hissəsi 2 qələbə seriyası ilə başa çatdı. Apasport.az saytının məlumatına görə, ili “Neftçi” və “Qarabağ” major notda bitirdi.
Çempionatın lideri olan bakılılar buna son 3 turdakı qələbələri ilə nail oldular. Son görüşlərdə xal itkisi nə olduğunu bilməyən flaqman 2011-ci ili öz meydanında prinsipial rəqib “Xəzər Lənkəran”la görüşdə də davam etdirməyə çalışacaq.
Qələbə seriyasının davamını gələn il gətirmək istəyən “Qarabağ” da təxminən eyni durumdadır. Daha uzun 4 oyunluq qələbə seriyasına malik Qurban Qurbanovun yetirmələri də öz meydanında güclü rəqiblə görüşəcək. Onlar ardıcıl qələbələrin sayını 5-ə çatdırmaq üçün “Qəbələ”ni xalsız qoymalıdır.
Ağdamlılar bunu bacaracağı halda isə 2010/11 mövsümünün rekordunu təkrarlamış olacaq. “Neftçi” isə bunun üçün 2 qarşılaşmadan maksimum nəticə ilə ayrılmışdı. Belə ki, mövsümün mütləq rekordu elə “ağ-qaralar”ın özlərinə məxsusdur. Arif Əsədovun yetirmələri mövsümün startında – 2-ci turdan 6-cı turadək 5 qələbəni sıralamışdılar.
Qeyd edək ki, “Neftçi”nin rekordu və davam edən 2 seriyadan başqa daha 5 dəfə 1 klub ardıcıl 3 oyun qələbə qazanıb. Bunu AZAL, “Gəncə”, “Xəzər Lənkəran” və 2 dəfə “Qəbələ” bacarıb.

0
0