“Qəbələ”də müqavilə günü
24.12.2010 - 18:20
“Qəbələ”də müqavilə günü
“Qəbələ” klubu 2 futbolçu ilə müqaviləni uzadıb. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Lyubo Baranin və Sergey Sokolovdan sonra Pavel Doroşevlə Abdul Kader Kamaranın yeni anlaşması rəsmiləşib.

Öz inamlı oyunu ilə adından söz etdirən və qapısından qol buraxmamaqla mövsümün rekorduna imza atan Doroşev 2013-cü ilin iyun ayının sonunadək “Qəbələ”də çıxış edəcək. Kamara isə 2012-ci ilin 30 iyununa kimi hazırkı klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Latviya vətəndaşı olan Doroşev 2008-ci ildən “Qəbələ”nin qapısını qoruyur. O, əyalət klubuna “Skonto”dan keçib. Kamara isə Belçika vətəndaşıdır və 2007ci ildən “Qəbələ” forması geyinir.