“Artıq rəqiblərimiz bizə yuxarıdan aşağı baxmırlar” - MÜSAHİBƏ
25.12.2010 - 00:03
AZAL klubunun mərakeşli futbolçusu Zohair Benouahinin apasport.az saytına müsahibəsi
- Son 4 oyunda AZAL qələbə qazana bilmədi və 12 mümkün xaldan aktivinə cəmi 3 xal yazdırdı. Bu uğursuzluq nə ilə bağlıdır?
- Bunu tək mənim oynamamağımla bağlamaq olmaz. Komandada elə futbolçular var ki, onların yoxluğu oyunumuza mənfi təsir göstərdi. Həm də çempionatda eniş də olur, yüksəliş də. Sabit şəkildə mövsümü keçirmək mümkün deyil. Demək olar, həm də bütün oyunlara eyni futbolçular çıxır. Görünür, hardasa gücümüz çatmadı.
- Oyununa görə AZAL-ə qeyri-sabit komanda adlandırmaq olar. Səbəbini izah edə bilərsinizmi?
- AZAL cari mövsümdə çox güclüdür. Artıq rəqiblərimiz bizə yuxarıdan aşağı baxmırlar. Hamı bizə hörmətlə yanaşır, barışırlar. Bunun da səbəbi odur ki, komanda cari mövsümdə fərqli futbol nümayiş etdirir. Klubda heç bir problem yoxdur. Maaşlarımız vaxtlı-vaxtında verilir. Bu da daha güclü olmağımıza şərait yaradır. Çox gözəl kollektivimiz var. Ən əsası hansısa qruplaşmadan söhbət belə gedə bilməz. Hamımız bir ailə kimiyik.
- Cari mövsümdə keçirdiyiniz 19 oyundan 34 xal topladınız. Bu göstəricini uğurlu saymaq olarmı, yoxsa bundan da yaxşısını reallaşdıra bilərsiniz?
- Bu çox-çox yaxşı nəticədir. Ötən illə müqayisə aparsaq, görərik ki, AZAL “İnter”i 5:0, “Qarabağ”ı 2:0 hesabı ilə məğlub etməyib. Ancaq bu il hər şey fərqlidir. Bu da onu göstərir ki, yayda komandaya yaxşı futbolçular dəvət edilib. Daha yaxşı çıxış etmək üçün güclənməyimiz lazımdır. Çünki oyunlara eyni futbolçular çıxır. Ehtiyat oyunçular skamyasını gücləndirməyə ehtiyac var.
- Premyer Liqa klublarının gücündən xəbərdarsınız. Necə düşünürsünüz, AZAL qarşıya qoyulan məqsədə - avrokuboklara vəsiqə qazanmağa nail ola biləcəkmi?
- Bu gün rəqibindən açıq-aşkar üstün olan komanda yoxdur. Hamı bir-birinə qarşı oynaya bilər. Məsələn, “Gəncə” iddialı “Xəzər Lənkəran”ı məğlub edir. Yəni 4-cü pillədən tutmuş 7-ci yerdə gedən komandaların hamısının mükafatçılar sırasına düşmək şansı var. Çalışacağıq ki, biz də avrokuboklara vəsiqə qazanaq.
- Zədəniz barədə nə deyə bilərsiniz?
- Ayağımda ağrılar var. Müalicəni həyata keçirən həkim maksimum 3 aydan sonra oynaya biləcəyimi deyir.
- Antalyada keçiriləcək toplanışa qatılacaqsınızmı?
- Əlbəttə, qatılacam.
- Artıq 5 aydan çoxdur Azərbaycandasınız. Ölkəmiz haqda təəssüratlarınızı bilmək maraqlı olardı?
- Burda yaşamaqdan həzz alıram. İnsanlarınız çox mehribandır. Çox rahat şəkildə ünsiyyət qururam. Özünü kənarda hesab etmirəm. Yəni sanki Azərbaycanda deyil, Mərakeşdəyəm.
- Mətbəximizə bələdsiniz. Hansı yeməkləri bəyənirsiniz?
- Açığı, Azərbaycan çayını çox sevirəm. Yeməklərə gəldikdə, Mərakeşdəki yeməklərdən elə də fərqlənmir.
- Karyeranızı daha güclü ölkələrdə deyil, Azərbaycanda davam etdirdiyinizə görə peşman deyilsiniz?
- Avropaya getmək üçün yaxşı pulun olmalıdır. Azərbaycanda olduğuma görə, peşman deyiləm.
- Azərbaycanı tərk etdikdən sonra, ölkəmizi necə xatırlayacaqsınız?
- Azərbaycanı, Bakını çox sevirəm. Futbolla bağlı olaraq, nə vaxtsa ölkənizi tərk etsəm də, yenidən bura dönəcəm. Çünki mehriban insanlarınız var. Həm də burda müsəlmanlar çoxluq təşkil edir.

0
0