Tovuzda nə “bişirirlər”?
25.12.2010 - 00:11
Ölkə futbolu ilə yaxından maraqlananlar təxminən 2 il əvvələ təsadüf edən "Azərfon" - "Bakılı" macərası"nı unutmuş olmazlar. Yaddaşınızı təzələmək üçün deyim ki, hazırda I divizionda mübarizə aparan paytaxt klubunun prezidenti Misir Əbilov 2008/09 mövsümündə elitada çıxış etmək üçün komanda formalaşdıran zaman maraqlı, analoqu olmayan bir üsula əl atmışdı.
Futbolçuların yesir günündə olan "Bakılı"dan qaçaq düşdüyünü görən Əbilov media nümayəndələrini də bir yerə yığıb hamının gözü qabağında "Azərfon"la sponsorluq müqaviləsi imzaladı.
Aradan bir ay keçdi, bir iki oldu, iki yerini üçə verdi, amma futbolçular başlarını qaldırdılar ki, maaş-filan yoxdu. Axırda bıçaq sümüyə dirəndikdən sonra ağızlarını açıb "arxamızda dağ boyda "Azərfon" var, bəs maaş hanı" soruşanda, rəhbərliyin paxırının üstü açıldı.
Məlum oldu ki, "Azərfon"la sponsorluq müqaviləsi-filan yoxdu. Hamısı uydurma söhbət imiş. Sən demə, Misir bəy yalnız "Azərfon"la işbirliyi olan MCR kompaniyası ilə masa arxasına oturub. Özü də bu, sponsorluq yox, sadəcə, əməkdaşlıq müqaviləsiymiş. Konkret olaraq, "Bakılı"nın formasının qabağında MCR yazılmasının müqabilində kompaniya futbolçulara pulsuz nömrə və hər ay 20 AZH miqdarında kontur boyun olubmuş...
"Azərfon" söhbətini təsadüfən yada salmadıq. İş ondadı ki, "Turan" rəhbərliyinin son zamanlardakı davranışı mənə həmin başıbəlalı "Bakılı"nı xatırladır. Deyəsən, klub prezidenti Musa Süleymanov da futbolçulara yalançı "qarğa məndə qoz var" mesajı verməklə məşğuldu.
Bir müddət əvvəl Tovuz təmsilçisinin 360 min avroya avtobus almağa hazırlaşdığını eşidəndə əvvəlcə elə bildim ki, zarafatdı, kimsə zavallı, qəpiyə güllə atan "Turan"ı ələ salır. Amma xəbəri ora-bura fırlayandan sonra gördüm ki, yox, nəsə başqa söhbətdi. Ya klub rəhbərliyi qızıl küp tapıb, ya da öz futbolçularını, ictimaiyyəti ələ salır. Mənim tanıdığım "Turan" 360 min avro ilə 3 mövsüm yola verər, 3 mövsüm! O da ki olsa...
Srağagün isə məlum oldu ki, Naci Şensoy geri dönür. Qardaş, indi adam şübhələnməyib nə etsin? Bir tərəfdə Naci Şensoy, Revaz Dzodzuaşvili, digər tərəfdə isə illərdi yetim-yesir günündə olan "Turan". Nəsə düz gəlmir axı. Deyək ki, yerli futbolçuları 5-6 kisə soğan-kartofa, uzağı 1-2 sot torpağa oynatdın. Bəs əcnəbilər? Bəs Şensoy, Dzodzuaşvili? Onlarla necə hesablaşacaqsız?
Açığı, futbolçu olsam, bir gün də "Turan"da qalmaram. Əvvəllər də vəziyyət gərgin idi. Amma heç kim gedib kənardan Şensoyu, Dzodzuaşvilini gətirmirdi. Komanda tovuzluların hesabına elitada yerini qoruyurdu. Lakin indi rəhbərlik nə etmək istəyir, anlamaq mümkün deyil. Bircə onu bilirəm ki, bu işlərin sonu yaxşı olmayacaq. Onsuz da alveri futboldan daha yaxşı bildiyini boynuna alan Musa Süleymanov bir şey olan kimi klubu buraxacağını söyləyir və əvvəl axır-belə də edəcək. Bəs sonra?
ŞAMO, “Ekspressfutbol” qəzeti

0
0