3 muşketyor, “təyyarənin qanadları” və başqaları
28.12.2010 - 00:02
Cari mövsümdə ölkəmizdə debüt edən legionerlərin çox az bir qismi ümidləri doğrultdu. Bəlkə də zaman keçdikcə, buradakı şərtlərə uyğunlaşdıqca, öz sözünü deyənlərin sayı artacaq. Amma fakt budu ki, "mənə nahaq yerə pul xərcəlməmisiz" dedirtməyi bacaranlar adda-budda gözə dəyirlər. Premyer Liqa təmsilçilərinin qış fasiləsinədək çıxışını nəzərdən keçirib, etimadı doğruldan 10 ən yaxşı yadellini müəyyənləşdirməyə çalışacağıq.
Liderin 3 "muşketyor"u
"Neftçi" çempionatın lideri olmaqla bərabər, yay fasiləsində uğurlu bazarlıq edən kollektivlərin başında gəlir. Flaqmanın 3 əcnəbisini - Bahodir Nasimov, Flavinyo və İqor Mitreskini bu mənada fərqləndirmək olar.
Nasimovu təkcə "Neftçi"nin deyil, ümumilikdə çempionatın ən yaxşı transfer kimi qələmə vermək olar. Hər halda, özbək forvardın 15 qolla bombardirlər siyahısına başçılıq etməsi belə söyləməyə əsas verir. Üstəlik, Nasimovun ona həvalə olunan iki penalti zərbəsindən birini boşa verdiyini xatırlatmaqda fayda var. Amma ümumilikdə 18 oyuna 15 qol əla göstəricidir.
Yalnız ona təəsüflənməliyik ki, Bahodir müqavilə ilə "ağ-qaralar"a yox, "Rubin"ə məxsusdu. Düzdü, "Neftçi"nin bu məsələni birdəfəlik həll etmək üçün Kazan klubunun rəsmiləri ilə danışıqlar masasına əyləşəcəyi gözlənilir. Amma nədənsə bu görüş xeyli vaxtdı yubadılır, baş tutmur.
Flavinyo Nasimov qədər qol vurmasa da, sərgilədiyi futbol baxımından özbək hücumçudan üstün görünürdü. Di gəl ki, Unibank Premyer Liqasının XIII turunda Salyanda "Muğan"la görüşün 16-cı dəqiqəsində braziliyalı futbolçu ciddi zədə alaraq uzun müddətə sıradan çıxdı. Həkimlərin rəyinə görə, Flavinyo yalnız qış fasiləsindən sonra yaşıl meydanlara dönəcək. Debüt etdiyi mövsümdə 10 oyunda meydana çıxan "sambaçı" 4 dəfə fərqlənməyə macal tapıb. Amma onun ən böyük üstünlüyü qol vurmağı yox, "Neftçi"nin ön xətdə fəal görünməsinə çox yaxşı təkan verməsidi.
Nasimov və Flavinyodan fərqli, Mitreski arxa xətdə inamlı oyunu ilə "Neftçi"nin uğur qazanmasına öz töhfəsini verir. Cari çempionatda 18 oyunda forma geyinən Makedoniya yığmasının üzvü 1 dəfə qol vurmağa da macal tapıb. Vaxtilə Moskva "Spartak"ında forma geyinən Mitreski müdafiənin mərkəzində Ruslan Abışovla əla tandem təşkil edir və onun komandanın aparıcı simalarından biri kimi qələmə vermək olar.
"Təyyarənin qanadları"a
Cari çempionatda əla çıxışı ilə hər kəsi yaxşı mənada təəccübləndirən AZAL-ın heyətində iki debütantın çıxışını ayrıca qeyd etməyə dəyər. Hər halda, "təyyarəçilər"in hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşmasında ən böyük pay sahibi Qvidas Yuşka və Zohair Benouahidi.
Qvidas "Gəncə"nin forvardı Junivan Suareslə birgə çempionatın bombardiri Nasimovun ən yaxın izləyicisidi. AZAL-ın bütün çempionat oyunlarında meydana çıxan litvalı hücumçu indiyədək 9 dəfə rəqib qapıçıları məyus edib.
Benouahi Yuşkadan 4 dəfə az fərqlənsə də, komandanın ən aparıcı simasıdı. Təsadüfi deyil ki, mərakeşli yarımmüdafiəçinin iştirak etmədiyi oyunlarda "təyyarəçilər" xal itkisi ilə üzləşib.
Adamsın üzünü güldürən yamaykalıa
İngiltərə Premyer Liqasında iş təcrübəsi olan Deon Barton Toni Adamsın yayda "Qəbələ"yə gətirdiyi futbolçulardan biridi. Lakin yeni gələn əcnəbilər arasında bircə o əyalət təmsilçisinin inamlı çıxışına əhəmiyyətli dərəcədə təsir edir.
Çempionatın qolçuları sırasında yer alan yamaykalı hücumçunun hesabında artıq 7 qol var. Düzdü, 18 çempionat oyununda komandasına kömək edən Barton bu qollardan 3-nü penaltidən vurub. Amma bu məqam onun işinə kölgə salmamalıdı. Çünki önəmli olan nəticədi.
Fransız keyfiyyəti
"Bakı" bərbad çıxışı ilə diqqət çəksə də, Stefan Borbikonini cari mövsümün uğurlu transferləri siyahısına yazmaq olar. Yay "transfer pəncərəsi"nin bağlanması ərəfəsində Fransa "Mets"indən birilliyə icarəyə götürülən legioner gələn gündən daim əsas heyətdə yer alır. O, müdafiədə etibarlı olmaqla yanaşı, standart vəziyyətlər zamanı hücuma qoşulmaqla, rəqibləri üçün təhlükə yaradır.
"Bakı"da kuboku da nəzərə alsaq, 15 oyun (1350 dəqiqə, 3 sarı) keçirən Borbikonini məhsuldar müdafiəçi saymaq olar. Hər halda, "Bakı"da bir sıra ön xətt oyunçuları kimi 3 qol vurub və bombardir Jabadan 2 top geri qalır.
Zəiflər arasında güclü görünənlər
"Xəzər Lənkəran" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşsa da, yeni transferlər sarıdan bəxti gətirməyib. Cari çempionatda cənubluların heyətində debüt edən futbolçulardan heç birini müstəsna xidmətlərinə görə fərqləndirmək olmaz. Amma ümumilikdə komanda səviyyəsində götürəndə Uinston Parksla Stelian Stanku azacıq ön plana çıxır.
Premyer Liqada çıxdığı 14 oyunda 5 qol vurub, 4 sarı vərəqə alan Parks artıq xeyli vaxtdı komandasına kömək edə bilmir.
Kosta-rikalı futbolçunun uzun aradan sonra sonuncu turda, "Qarabağ"la oyunda forma geyinəcəyi gözlənilirdi. Di gəl ki, oyunöncəsi məşqdə yenidən zədələnən Parksın dönüşü gələn ilə qaldı.
Yeri gəlmişkən, kosta-rikalı Elvin Beçiri ilə birgə komandanın ən məhsuldar oyunçusudu. Amma iş ondadı ki, Parks hücumçu, Beqiri isə mərkəz müdafiəçisidi.
Lənkəran təmsilçisinin ikiillik müqavilə imzaladığı rumıniyalı Stanku vətənində "Styaua" kimi komandanın formasını geyinsə də, hələlik ondan gözlənəni vermir. Amma yenə də Mirça Rednikin ölkəmizə gətirdiyi rumınların arasından yaxşı mənada seçilir. Futbolçu buradakı şərtlərə tamamilə uyğunlaşsa, "Xəzər Lənkəran"a daha böyük fayda verə bilər.
Ağıllı Aqolli
"Qarabağ" xarici bazara nadir hallarda baş vursa da, Ansi Aqollinin transferini uğurlu saymaq olar. Albaniyalı futbolçunun sol cinahda Elnur Allahverdiyevin gedişindən sonra yaranan boşluğu lazımınca doldurduğunu qeyd edə bilərik. Üstəlik, Elnurla müqayisədə əcnəbi müdafiəçi hücumlara daha fəal qoşulur.
Ağdamlıların bu yay Ukrayna "Karpatı"sından transfer etdiyi albaniyalı legionerlə anlaşma müddətini artırması onun yararlı futbolçu olmasından xəbər verir. Təsadüfi deyil ki, dünən "Qarabağ" inamlı oyunu ilə yadda qalan Albaniya yığmasının üzvü ilə ilyarımlıq müqavilə bağladı.
ŞAMO, “Ekspressfutbol” qəzeti

0
0