Ölkə çempionatının lideri problemlə üzləşdi
28.12.2010 - 10:06
Ölkə çempionatının lideri problemlə üzləşdi
İspaniyanın “Barselona” klubu problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, UEFA Kataloniya təmsilçisinin “Qətər Fondu” və UNİCEF-lə müqavilələrini araşdırmaq niyyətindədir. Hər iki qurumun loqotipinin “Barselona” formasında yerləşdirilməsindən narahat olan Avropa futbol ittifaqı bunu düzgün saymır. Belə ki, qəbul olunan normalara əsasən formanı yalnız 1 loqo bəzəyə bilər. Lakin barselonalılar bunu belə izah edirlər ki, ərəb şirkəti onların sponsorudur, UNİCEF-ə isə klubun özü sponsorluq edir.

“Barselona” rəhbərliyi sonuncularla anlaşmasının kommersiya xarakteri daşımadığını, yəni bundan qazanc götürmədiklərini isbatlamağa çalışır. Əks halda isə onlar Çempionlar Liqasında UNİCEF-in loqosu olmadan oynamağa məcburdurlar. İspaniya çempionatının lideri yenilik də edə bilər. Məsələ ondadır ki, loqolardan birinin formaların arxa hissəsində yerləşdirilməsi variantı da müzakirə olunur.