Nuri Şahin: Kimsənin buna şübhəsi olmasın
28.12.2010 - 10:20
Türkiyə yığmasının futbolçusu Nuri Şahin Avro-2012-nin final mərhələsinə çıxacaqlarına əmindir. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının liderlərindən olan gənc yarımmüdafiəçi son rəsmi oyunda Bakıda Azərbaycan yığmasından aldıqları məğlubiyyətin (0:1) qrupdan çıxmamaqlarına səbəb olacağını düşünmür: “Almaniya və gözləmədiyimiz Azərbaycan məğlubiyyəti işimizi çətinləşdirdi. Amma bizim qrupdan çıxaraq, Avropa çempionatına qatılacağımızdan kimsənin şübhəsi olmasın. Milli komanda futbolçuları olaraq, buna inanırıq”.
0
0