Mahir Şükürovun problemi olmayacaq
28.12.2010 - 11:21
Mahir Şükürovun problemi olmayacaq
Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunun maddi durumu yaxşılaşacaq. Apasport.az saytının məlumatına görə, klubun vitse-prezidenti Zaydin Cambulatov komandanın büdcəsinin artırılacağını açıqlayıb.

O bildirib ki, “Anji”də maliyyə problemləri olmayacaq: “Bizim ortabab komandamız var idi. Lakin büdcəmiz orta səviyyədən aşağı idi. Hətta “Dinamo” stadionunun sertifikatlaşdırılmasında da çətinliklə üzləşmişdik. Artıq rəhbərlik sponsorlarla danışıqlara yollanacaq. Düşünürəm ki, ən pis halda, büdcəmiz 2 qat artacaq”.

Qeyd edək ki, 2010-cu ilin əvvəlində “Anji”yə keçən Mahir bu klubda 20 oyun keçirib.