17 yaşda da qol vururlar, 35 yaşda da - STATİSTİKA
28.12.2010 - 11:30
Qış fasiləsində olan Unibank Premyer Liqasının cari mövsümündə qol vuran futbolçulardan ən yaşlı və ən gənci müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son çempion “İnter”in 35 yaşlı çexiyalı yarımmüdafiəçisi Bronislav Çervenka “qoca”, autsayder MOİK-in 17 yaşlı hücumçusu Nuran Qurbanov ən gənc qol vurandır.
2007-ci ildən “bankirlər”in formasını geyinən Çervenka yeganə qolunu dekabrın 18-də, XVIII tur çərçivəsində “Bakı” ilə səfərdə keçirilən oyunda vurub. Bronislav Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə vurduğu qələbə topu ilə komandasına vacib 3 xal qazandırıb – 2:1. Çexiyalı həmin vaxt 35 yaş 82 gündə olub.
1993-cü ilin fevralın 10-da anadan olan Nuran isə MOİK-in heyətində cari mövsümdə 2 qol vurub. Onun ilk qolu avqustun 8-də, I tur çərçivəsində Salyanın “Muğan” klubunu evdə 3:2 hesabı ilə yendikləri oyunda olub. Qurbanov Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda fərqləndiyi həmin vaxt 17 yaş 189 günlük olub.
Hücumçu 2-ci qolunu XIII turda noyabrın 12-də AZAL-la 1:1 hesabı ilə nəticələnən “Şəfa” stadionunda ev oyununda penalti zərbəsindən vurmaqla, komandasını məğlubiyyətdən xilas edib. Nuran cari çempionatda qol vuran 1993-cü il təvəllüdlü yeganə futbolçudur.
Premyer Liqada ən yaşlı futbolçu isə “Qarabağ”ın kapitanı Aslan Kərimovdur. Cari mövsümdə daha çox ehtiyatda qalan yarımmüdafiəçinin 3 gün sonra, yəni gələn ilin yanvarın 1-də 38 yaşı tamam olacaq.
Meydana çıxan ən gənc futbolçu isə Aslanın oğlu yerinə düşür. Bu, Zaqatalanın “Simurq” klubunun 16 yaşlı müdafiəçisi Elvin Yunusovdur. Komandanın aparıcı futbolçusu 1994-cü il avqustun 22-də anadan olub. Yunusov Premyer Liqanın iştirakçıları arasında 1994-cü il təvəllüdlü yeganə futbolçudur.
Mehman SÜLEYMANOV

0
0