Jardel “Xəzər Lənkəran”a niyə gəlmədi?
28.12.2010 - 11:50
Jardel “Xəzər Lənkəran”a niyə gəlmədi?
Rumıniya millisinin futbolçusu Banel Nikolitanın “Xəzər Lənkəran”a keçidinin mümkün olmamağının səbəbi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Jardel” ləqəbli 25 yaşlı yarımmüdafiəçinin transferi maliyyə məsələləri üzündən baş tutmayıb. Belə ki, futbolçunun çıxış etdiyi “Styaua” rəhbərliyi Banel üçün böyük məbləğdə pul istəyib. Rumıniyalılar oyunçunun transfer qiymətini 1,5 milyon avro dəyərləndirib. Bu da “Xəzər Lənkəran”a sərf etməyib.