Futbol yığmamız üçün daha bir rəqib
28.12.2010 - 11:51
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri Bakının “Gənclik” komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 2-ci sınağa çıxacaq yığmamız bunadək AZAL əvəzedici heyəti ilə görüşmüşdü. Həmin matç 1:1 hesabı ilə nəticələnmişdi.
“Gənclik”lə oyun sabah - dekabrın 29-da Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində baş tutacaq. Matç saat 15:30-da başlayacaq.
Mənbə: affa.az

0
0