Ən güclü səfər komandası – “Neftçi”
28.12.2010 - 13:08
Ən güclü səfər komandası – “Neftçi”
Unibank Premyer Liqasının cari mövsümündə ən güclü səfər komandasıdır “Neftçi”dir. Apasport.az saytının məlumatına görə, qış çempionu rəqib meydanında keçirilən oyunlar əsasında hazırlanan turnir cədvəlində də 1-ci yerdədir.

Özü də “ağ-qaralar”ın ən yaxın izləyicisi “Xəzər Lənkəran”la arasında xal fərqi böyükdür. Bakılılar səfərdə keçirdiyi 10 oyundan 7-də qalib gəlib, ən çox qol (20) vurub, ən az top (3) buraxıb, nəticədə ən yaxşı top fərqinə (+17) malikdir. Bu göstəricilərlə rəqiblərindən aşkar üstün olan “Neftçi” eyni zamanda rəqib meydanında ən az uduzan komandadır – 1 dəfə.

Hazırda 7-ci pillədə olan, “altılığ”a düşmək uğrunda mübarizə aparan “Bakı”nın cari mövsümdə səfərdə daha yaxşı oynaması qeyd edilməlidir. Düzdür, son ölkə kuboku 28 xaldan yarısını evdə, yarısını səfərdə qazanıb. Sadəcə, “Bakı”nın 14 xalı rəqib meydanındakı turnir cədvəlində yüksək olaraq, 3-cü pillədə yer almasına imkan yaradıb.

“Zolaqlılar” eyni xala malik “İnter”, “Qarabağ” və AZAL-ı topların daha yaxşı fərqində üstələyir.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan autsayderlər arasında “Simurq”un irəlidə olması diqqət çəkir. Komanda adətən Zaqatalada daha yaxşı oynaması ilə tanınsa da, cari mövsümdə hər iki qələbəsini səfərdə qazanıb. “Turan”, MOİK və “Muğan” rəqib meydanında qalib gəlməyənlərdir. Onlardan ən az xala malik salyanlılar turnir cədvəlini qapayır.

 

 

 

 

 

 

 

 

 

 

komandalar

o

q

h

m

t

f

x

1.

Neftçi

10

7

2

1

20-3  

+17

23

2.

Xəzər-Lənkəran

9

5

2

2

10-7  

+3

17

3.

Bakı

9

4

2

3

12-7  

+5

14

4.

İnter

10

4

2

4

 8-10

–2

14

5.

Qarabağ

10

4

2

4

 7-9  

–2

14

6.

AZAL

10

3

5

2

  10-10

0

14

7.

Qəbələ

9

3

4

2

  9-5  

+4

13

8.

Simurq

10

2

2

6

  8-17

–9

8

9.

Gəncə

9

1

3

5

  10-15

–5

6

10.

Turan

9

0

3

6

   4-15

–11

3

11.

MOİK

10

0

2

8

   2-16

–14

2

12.

Muğan

9

0

1

8

   3-17

–14

1



Mehman SÜLEYMANOV