Dünyanın ən yaxşı idmançılarının adları açıqlandı
28.12.2010 - 13:20
Dünyanın ən yaxşı idmançılarının adları açıqlandı
İspaniya millisinin futbolçusu David Vilya 2010-cu ildə dünyanın ən yaxşı idmançısı seçilib. Apasport.az saytının məlumatına görə, ABŞ-ın idman akademiyasının məşhur NBC Sports televiziya şirkəti USA Today nəşriyyatı ilə birgə keçirdiyi sorğunun nəticələrini açıqlayıb. “Barselona” klubunun hücumçusu məşhur tennisçi Rafael Nadalı qabaqlayaraq, birinci olub.

İlin qadın idmançısı adına isə koreyalı fiqurlu konkisürən Kim Yu Na layiq görülüb. Xanımlar arasında da ikincilik tennisçiyə nəsib olub. Bu, belçikalı Kim Kliystersdir.