Kocaman futbolçumuzu “Komandos”a çevirmək istəyir
28.12.2010 - 14:43
Kocaman futbolçumuzu “Komandos”a çevirmək istəyir
Azərbaycan millisinin futbolçusu Amit Quluzadənı toplanışa dəvət edən Türkiyənin “Fənərbaxça” klubunun qış hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, I dövrədən sonra 13 günlük istirahətə buraxılan İstanbul təmsilçisi gələn il yanvarın 4-də bir araya gələcək. Klubun Can Bartu bazasında hazırlıq keçəcək komanda yanvarın 13-də Türkiyə kubokunun qarşılaşmasına çıxacaq.

Qrup mərhələsinin III turunun “Malatyaspor”la görüşündən sonra isə “Fənərbaxça” Antalyaya üz tutacaq. Komandanın baş məşqçisi Aykut Kocaman bu toplanışda əsas diqqəti fiziki hazırlığa verəcəyini, futbolçularını “Komandos”a çevirəcəyini açıqlayıb.

Hazırlıqlar Superliqanın II dövrəsinin startındakı matçla bitəcək. “Fənərbaxça” “Antalyaspor”la qarşılaşdıqdan sonra İstanbula dönəcək.