“Qarabağ”ın rəqibləri müəyyənləşdi
28.12.2010 - 16:12
“Qarabağ” klubunun Türkiyədə yoxlama oyununda rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi mövsümün ikinci yarısına hazırlıq məqsədilə Antalyada 4 həftəlik təlim-məşq toplanışında 4 görüş keçirməyi planlaşdırıb.
Yanvarın 22-də ilk oyuna çıxacaq “Qarabağ” Qazaxıstanın Superliqa təmsilçisi “Ordabası” ilə görüşəcək. Bundan 4 gün sonra Ukraynanın Premyer Liqa təmsilçisi “İliçevets”lə oyun olacaq. Ağdamlılar yanvarın 30-da Rumıniya yüksək liqasında 4-cü yerdə gedən “Qaz Metan Medias”la qarşılaşacaq. Fevralın 3-ü, yaxud 4-də nəzərdə tutulan son oyunda rəqib hələ dəqiqləşməyib.

0
0