“Neftçi”nin legioneri 41-ci yerdə
29.12.2010 - 10:26
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il ölkə çempionatlarında ən azı 20 qol vuranların yekun siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Hollandiyanın “Ayaks” klubunun uruqvaylı futbolçusu Luis Suares 2010-cu ili lider kimi bitirdi.
Gənc hücumçu 33 oyuna 35 qol vurub. “Barselona”nın argentinalı ulduzu Lionel Messi 35 oyuna 34 qolla 2-ci, İsveçrənin “Yanq Boyz” klubunda 31 görüşdə 30 dəfə fərqlənmiş Kot D’İuvarlı Seydu Dumbiya 3-dür.
Cari mövsümdən “Neftçi”də oynayan belçikalı hücumçu Emil Mpenza mövqeyini yenidən əldən verib. Ötən mövsüm İsveçrənin “Syon” klubunda 28 oyunda 21 dəfə rəqib qapısına yol tapan təcrübəli futbolçu əvvəlki siyahıda 38-ci göstəriciyə malik idi. Siyahıya yeni futbolçular daxil olduğundan, Mpenza geriləyərək, sonda 41-ci olub. Ancaq Emil yenə məşhur ispaniyalı həmkarı, ötən mövsüm “Valensiya”da 32 oyuna 21 qol vuran, cari mövsümdən “Barselona”da forma geyinən David Vilyanı qabaqladı.
Qeyd edək ki, ötən mövsüm 16 qolla çempionatımızın bombardiri, Mpenzanın “Neftçi”də ehtiyatda saxladığı Fərid Quliyev oldu. Ancaq siyahıda düşmək üçün ən az 20 qol vurmaq lazım olduğundan, flaqmanın transferə çıxardığı, millimizdən də kənarlaşdırılan 24 yaşlı hücumçu yer almayıb.

0
0