“İnter”in rəqibi məşqçi gətirdi
29.12.2010 - 10:39
“İnter”in rəqibi məşqçi gətirdi
“İnter”in “Birlik kuboku”nda rəqibi olan Moldovanın “İskra-Stal” klubunun məşqçilər korpusunda yenilik olub. Apasport.az saytının məlumatına görə, Rıbnitsa təmsilçisi Valeri Çaloqonun gəlişini razılaşdırıb.

O, komandada məşqçi-məsləhətçi olacaq. Çaloqo Ukraynanın Premyer Liqasında oynayan “Sevastopol” klubunun baş məşqçisidir. Onunla müqavilə yanvarın əvvəlində bütün formallıqlar tənzimlənəndən sonra imzalanacaq. Ancaq “İskra-Stal”ın yeni baş məşqçisinin adı hələ tapmaca olaraq qalır.

Qeyd edək ki, “İnter”in qrupda son rəqibi olan Moldovanın gümüş mükafatçısı baş məşqçi postu Vlad Qoyan gedəndən sonra boşdur.