Sxadadzenin bəyənmədiyi futbolçu B seriyasında
29.12.2010 - 11:56
Sxadadzenin bəyənmədiyi futbolçu B seriyasında
Bakının “İnter” klubunun sabiq futbolçusu Karlos Velton özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Braziliyanın B seriyasında çıxış edən “İtuano” 32 yaşlı hücumçunun təqdimat mərasimini keçirib.

9 nömrəli formaya sahib çıxan Karlos Juninyo Paulistanın rəhbəri olduğu klubun uğuru üçün çalışacaq. 2002-ci ildə Braziliya yığması ilə dünya çempionu olan bu veteran karyerasını başladığı “İtuano”ya qayıdıb son oyunlarını keçirdikdən sonra klub prezidenti olub.

Qeyd edək ki, Karlos 2008/09 mövsümünün I dövrəsində “Standard”, II dövrədə “İnter”də çıxış edib. Kaxaber Sxadadzenin baş məşqçi postuna gəlişindən sonra ilk imtina olunan legionerlərdən biri də Velton idi.