Happy Birthday, Herr Vogts
30.12.2010 - 00:02
Bu gün – dekabrın 30-u Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun ad günüdür. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis 64 yaşını qeyd edir.
Artıq üçüncü dəfə yığmamızın çalışdırıcısı kimi ad günü keçirən Foqts 2008-ci ilin martından millimizin “sükanı arxasında”dır. Bu müddətdə komandamızı 32 matça çıxaran səbəbkarın futbol dünyasında tanınması Almaniya yığmasının adı ilə bağlıdır.
Bu komandada futbolçu kimi dünya və Avropa, məşqçi kimi qitə çempionu adlarını da qazanıb. Bundan başqa Mönhenqladbax “Borussiya”sında oynamış veteran futbolçu Leverkuzen “Bayer”i, həmçinin Küveyt, Şotlandiya və Nigeriya yığmalarında da baş məşqçi kimi çalışıb.

0
0