Azərbaycan yığmasından darmadağın
29.12.2010 - 17:43
Azərbaycan yığmasından darmadağın
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri paytaxtın “Gənclik” komandası ilə yoldaşlıq oyununda qüvvəsini sınayıblar. Bu gün Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində keçirilən matçda millimiz rəqibini darmadağın edib - 7:0. Rizvan Umarov və Nurlan Novruzovun dubl etdiyi oyunda Aleksander Qross, Məqsəd İsayev və Emin İbrahimov hərəyə bir dəfə fərqləniblər.

Mənbə: affa.az