Futbol azarkeşlərinə həbs cəzası
29.12.2010 - 18:53
Futbol azarkeşlərinə həbs cəzası
Türkiyə parlamenti futbolla bağlı yeni qanun layihəsini müzakirəyə çıxarıb. Apasport.az saytının məlumatına görə, yenilik futbol xuliqanları ilə mübarizəyə xidmət edəcək. Belə ki, stadionlarda özbaşınalıq edənləri 6 aydan 3 ilədək həbs olunmaq təhlükəsi gözləyəcək.

Ən ağır cəza plastik oturacaqları sındıranlara veriləcək. Arenalarda təhqiramiz ifadələr səsləndirmək, biletsiz stadiona daxil olmaq cəhdləri və bilet alveri də sərt cəzayla nəticələnəcək.

Bunlar azmış kimi qanunu pozanlar komandalarının səfər oyunlarını, yığmanın xaricdəki görüşlərinə buraxılmayacaq. Cəzalanmışların pasportları qarşılaşmalardan 5 gün əvvəl əllərindən alınacaq.