İspaniya futbolunda tətil
30.12.2010 - 00:14
İspaniya "Herkules"ində forma geyən Royston Drente 3 gündü komanda ilə məşqlərə çıxmır. Apasport.az saytının xəbərinə görə, buna səbəb hollandiyalının maaşını ala bilməməsidi.
Belə ki, cari mövsümün əvvəlində "Real"dan "Herkules"ə transfer olan Drente komanda yoldaşlarına və rəhbərliyə xəbər vermədən tətilə başlayıb.
Futbolçu maaşı ödənilənədək məşqlərə çıxmamaq qərarına gəlib və bayram tətili üçün getdiyi Hollandiyadan qayıtmayacağını deyib. Klub rəhbərliyi isə futbolçuların maaş məsələsini yanvarda həll edəcəyini bildirib. Digər tərəfdən isə həm La Liqada, həm də ikinci divizionda futbolçuların məvacibini ödəməkdə çətinlik var.
Bununla bağlı klublarla görüşən İspaniya Futbolçular Birliyi problemin tezliklə həll edilməsini tələb edib. Əks təqdirdə, bütün futbolçuların Drente kimi addım ata biləcəkləri gözlənilir.

0
0