“Bütün futbolçuların özünə inamı itib”
30.12.2010 - 00:04
“Bütün futbolçuların özünə inamı itib”
İngiltərə Premyer Liqasında "Çelsi"nin enişi sürətlə davam edir. Apasport.az saytının xəbərinə görə, son 8 oyunda cəmi 1 qələbəsi olan London təmsilçisinin ötən həftə "Arsenal"a 1:3 hesabıyla məğlub olması isə komandanın qolkiperi Peter Çexi hövsələdən çıxarıb.

6 ildi "zadəganlar"ın qapısını qoruyan çexiyalı məğlubiyyətin əsas günahkarın müdafiə xəttindəki oyunçular olduğunu vurğulayıb: "Çelsi"dəki karyeram ərzində bu cür müdafiə görməmişdim. Qələbə əzmimizi itirmişik. Son vaxtlar çox bəsit səhvlər buraxırıq. "Arsenal"la oyunda isə bu səhvlər pik nöqtəsinə çatdı. Əksər hücumlarda ya düzgün ötürmə etmir, ya da ofsayda düşürük. Bütün oyunçuların özünə inamı itib. Bu problemi tezliklə həll etməliyik".