Qvardiola yeni müqavilə bağlayır
30.12.2010 - 00:19
“Barselona”nın baş məşqçisi Xosep Qvardiola müqaviləsini uzatmaq üçün klub rəhbərliyi ilə razılığa gəlib. Belə ki, Sandro Rosselin prezidentliyə gəlməsindən sonra onun katalon klubundakı gələcək karyerası ilə bağlı suallar yaranmışdı. Lakin İspaniya mətbuatı tərəflərin maaş məsələsində razılığa gəldiyini və Pepin 2011-ci ilin ilk günlərində yeni müqaviləyə imza atacağını bildirib. 39 yaşlı mütəxəssisin neçə illik müqavilə imzalayacağı isə hələ dəqiqləşməyib.
Xatırladaq ki, Qvardiola 2008-ci ildən bəri "Barselona" ilə 8 kubok qazanıb.
Xatırladaq ki, Qvardiola 2008-ci ildən bəri "Barselona" ilə 8 kubok qazanıb.
0
0