“Milan” Bakıda oynayan futbolçunun keçidini təsdiqlədi
04.01.2011 - 10:25
İtaliya yığmasının futbolçusu Antonio Kassanonun “Milan” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, “Milan” rəsmi saytında “Sampdoriya” klubunda oynayan təcrübəli hücumçunu transfer etdiyini təsdiqləyib. Ancaq keçidlə bağlı ətraflı məlumat verilməyib.
İtaliya mətbuatının məlumatına görə isə müqavilə 3,5 illik nəzərdə tutulub. Kassanonun “Milan”da illik məvacibi 2,8 milyon avro təşkil edəcək.
Qeyd edək ki, karyerasının çox hissəsini vətəndə keçirən Antonio “Roma”da çıxışı ilə tanınıb. O, vaxtilə bu klubdan Madrid “Real”ına keçsə də, tezliklə vətənə dönməli olub. Kassano 2002-ci ildə 21 yaşlılardan ibarət millisinin heyətində gənclər yığmamıza Bakıda “Şəfa” stadionunda qalib gəldikləri rəsmi oyunda iştirak edib.

0
0