Azərbaycan çempionunun rəqibi itirə-itirə gedir
04.01.2011 - 13:22
Bakının “İnter” klubunun “Birlik kuboku”nda qrupda əsas rəqiblərindən olan Moldova “İskra-Stal” komandasında növbəti dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun yanvarın 18-də Rusiyanın Sankt-Peterburq şəhərində görüşəcəyi Rıbnitsa təmsilçisi baş məşqçisi Vlad Qoyanın ardınca idman direktoru Aleksandr Novakı da itirib. O, Kişinyovun “Zimbru” klubunda analoji postu tutub. Novak “İskra-Stal”ın son 5 ildəki uğurlarında – Moldova çempionatının gümüş və bürünc medal qazanmasında əməyi olan şəxsdir.
Qeyd edək ki, Qoyan mövsüm bitəndən sonra Moldovada klubunu dəyişərək, “Tiraspol”un baş məşqçi postuna keçdi.
Qeyd edək ki, Qoyan mövsüm bitəndən sonra Moldovada klubunu dəyişərək, “Tiraspol”un baş məşqçi postuna keçdi.
0
0