“İnter”in rəqibi dövlət sirkinin mehmanxanasında
04.01.2011 - 13:47
“İnter”in rəqibi dövlət sirkinin mehmanxanasında
Bakının “İnter” klubunun “Birlik kuboku”nun qrup mərhələsində rəqibi olan Tacikistanın “İstiqlal” komandası Rusiyaya yollanıb. Apasport.az saytının məlumatına görə, Düşənbə təmsilçisi yanvarın 15-də Sankt-Peterburq şəhərində başlayacaq yarış öncəsi Kazanda 10 günlük təlim-məşq toplanışı keçəcək.

“İstiqlal” səfərə 19 futbolçu ilə çıxıb. Bunlar 2 qapıçı – Əlişir Tuyçiyev, Fərhad Yuldoşev, 8 müdafiəçi – Akmal Saburov, Erac Rəcəbov, Əbdurəhim Xolov, Sahib Suvonkulov, Umed Həbibullayev, Odil İrqaşev, Davron Erqaşev, Sergey Abramov, 5 yarımmüdafiəçi – Fətulla Fətullayev, Nuriddin Davronov, Cahangir Cəlilov, Dilşod Vosiyev, İbrahim Rabimov və 4 hücumçu – Yusif Rabiyev, Məhmədəli Sadıqov, Fərhad Tahirov, Kamil Səidovdur. Bunlardan 6-sı komandanın debütantdır. Belə ki, Yuldoşevlə Sabirov Tacikistanın “Vaxş”, Abramovla Səidov “Pamir”, Erqaşevlə Rabimov “Reqar-TadAZ” klubundan gəlib.

“İstiqlal”ın baş məşqçisi Əlimcan Rafikov komandanı Kazanda qarşılayıb. Düşənbəlilər oradakı dövlət sirkinin mehmanxanasında yerləşərək, yanvarın 13-dək mərkəzi stadionun futbol-yüngül atletika manejində məşq edəcək. Toplanış müddətində 2-3 yoxlama oyunu keçirmək planlaşdırılıb. Rəqiblər yerli “Rubin”in əvəzediciləri və “Rubin-2” olacaq. Yanvarın 14-də Sankt-Peterburqa yollanacaq “İstiqlal” ertəsi turnirin ilk oyununda Moldovanın “İskra-Stal” klubu ilə görüşəcək. Tacikistan çempionu yanvarın 16-da isə “İnter”lə qarşılaşacaq.